XƏBƏR LENTİ
08 May 2021
07 May 2021



Hərbi çağırışçılar COVİD 19 testindən keçirilir
MƏMLƏKƏT 10:03 / 23.10.2020
Hərbi xidmətə çağırılan şəxslərin COVİD -19-la bağlı testlərdən keçirilməsi davam edir. Trend-in məlumatına görə, bunu Səhiyyyə Nazirliyi nəzdində yaradılmış COVİD 19-la bağlı İşçi Qrupunun üzvü Nailə Daşdəmirova deyib. O bildirib ki, sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub: "Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümünələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunması və nəticədən asılı olaraq müfaviq tədbirlər görülüb".
2348 oxunub

InvestAZ