Xatirə Rəhimbəyli - Səni sevmək günahmış ...

Ədəbiyyat 07:34 / 05.10.2025 Baxış sayı: 1690

Səni sevmək günahmış ,

Suç üstdə yaxalandım ...

Bir dəlil-sübut kimi

Alındı eşqim , andım ...

 

İllər uzunu çəkdi

Araşdırma ,təhqiqat .

Ən ağır cəza kəsdi

Mənə bu zalım həyat

 

Qəmin boynumda zəncir ,

Mənə məhbəsdir komam .

Eh,o gündən ömürlük

Yaşamağa məhkumam