Xatirə Rəhimbəyli -Bu bağa yazda gəlmişdim,
Ədəbiyyat
11:28 / 24.05.2026
Baxış sayı: 367
Bu bağa yazda gəlmişdim,
Qönçələri yuxuluydu.
Zərif,lətif yarpaqları,
Həzin nəğmə oxuyurdu.
Bu bağa yazda gəlmişdim,
Bu bağ qonaq-qaralıydı.
Bu bağ onda heç bilmədi,.
Mən kim idim,haralıydım.
Bu bağ indi qan ağlayır,
Göz yaşları yarpaq-yarpaq.
Bu bağı xəzanlar döyüb
Ağlatmaqdan qurudacaq.
Bu bağ indi kimssizdi,
Təklikdən gözü böyüyüb.
Mən gedirəm, yarpaqları
Düşüb ardımca yüyürür...
1986