Tural Cəfərli -  Yerin  məlum...

Ədəbiyyat 09:03 / 07.12.2025 Baxış sayı: 234

Düzmüşəm kədəri, qəmi önümə,

Qışa tədarüküm var, yerin məlum.

Hardasa adını çaşıb demişəm,

O gündən olmuşam xar, yerin məlum.

 

Deyirsən bu dərdin nədir kamalı?!

Bu dünya başıma dar, yerin məlum.

Sən deyib-gülürsən, nə xoşdu halın,

Mən isə edirəm ar, yerin məlum.

 

Səsimi dinləmir, eşitmir heç kim,

Yerin də qulağı kar, yerin məlum.

Sən sığal çəkməyən saçlarıma da,

Yağır aram-aram qar, yerin məlum.