Şakir Xanhüseyn : - HAQQIN QİSASI

Fikrin tamamlanıb yarımçıq qaldı,
gördün ki, paradı əlində bütöv...
Əvvəldən başladın yolu bitirib,
gündəmi yanıbdı qaralmış kösöv...
Sözün qısasıymış uzun bir ömür,
haqqın qisasıdı haqsızlıqlar, bax...
Oyaqkən görürsən ağır yuxular,
quyuya bir damla su at, dolacaq...
Yaxın gəl, bir dayan uzaqlığımda,
payından götürüm üstünə gəlsin...
Bir az sükutunu dərinləşdir də,
kimsə eşitməyib səsinə gəlsin...