Sabir Zəkullaoğlu -  Çox şeyin qiymətini zaman verir.

YAZARLAR 11:20 / 04.10.2025 Baxış sayı: 2181

Mən indi də koronovirusun tibbi yox, siyasi bir xıstəlik olduğuna inanıram.

Sadəcə güclü təbliğat və inzibati tədbirlər görməklə nəinki bizim əl ayağımızı, hətta düşünmə imkanlarımızı da qapada bildilər. Mütəxəsislərin fikrincə insan beyni ətrafımızda baş verən proseslərin yalnız on altı faizini anlamaq gücünə malikdir.

Belə olan halda, ətrafımızda baş verən hadisələri anlamaqda bizim nə qədər piyada olduğumuzu düşünmək məncə çətin olmaz. Bəzən adam hər hansı bir hadisənin bir başa içində olur və ya o hadisənin iştirakçısına, hətta o hadisənin qəhrəmanına da çevrilə bilir. Lakin özünün kimə və ya nəyə xidmət etdiyinin fərqində ola bilmir.

Doğrudan da çox şeyin qiymətini zaman verir. Zamanla hər şey öz layiqli qiymətini alır.

Bir dəfə televiziyaların birinə dəvət almışdım. Mövzu koronovirus idi. Yaxşı ki aparıcı sözü ilk mənə vermədi. Çünki mən koronovirusun etimalogiyasının siyasi olduğu haqda danışacaqdım.

Və fikrimi əsaslandırmaq üçün çoxlu məlumatlar, faktlar da toplamışdım.

Ancaq elə bir yaş dövrünə gəlib çatmışıq ki, həqiqət bildiyimizi hər yerdə yox, lazım olan yerdə deməyin vacibliyini başa düşürük.

Səhvlərdən sığortalanmasaq da, artıq əlli yaşdan sonra səhv etmək limitimiz bitib. Ona görə də mən də verilişin axarına düşüb koronovirusun çox dəhşətli bir xəstəlik olduğunu vurğuladım.

Onu da qeyd etmək istəyirəm ki, koronovirus cəmiyyətdə həm də bir test rolunu oynayaraq bir çox mətləblərə işıq saldı.

Belə ki, koronovirusun lap oğlan çağında qardaşım xəstələndi. Həkimlər onun Koronovirus olduğunu təsdiqləyib süni nəfəs balonuyla, lazım olan dərmanlarla təmin etdilər.

Koronovirusun keçici olduğunu hamımız bilirdik. O üzdən qardaşıma heç kəs yaxın düşmürdü.

Ancaq heç kimin göstərişinə və təzyiqinə baxmayaraq bacım gözünü qırpmadan hər an onun yanında oldu. Bir gün də onu tək qoymadı. Başının üstündən əskik olmadı. Heç qorunmadı.

Heç bir qoruyucu vasitədən də istifadə etmədi.

Bacının kim olduğunu koronovirus mənə bir daha sübut elədi.

Elə bir təbliğat aparatı qurmuşdular ki, insanları təklik, kimsəsizlik, ümidsizlik və qorxu öldürürdü.

İnsanları psixoloji basqı öldürürdü, nəinki xəstəlik. Bütün bu təbliğatın fonunda bacım qardaşımın üzündən öpür, saçını tumarlayır, sevgisini ondan əskik etmirdı.

Qardaşım dünyasını dəyişdi.

Bacımın bu qayğısı qardaşımı sağaltmasa da, koronovirusun keçici, öldürücü xəstəlik olmadığını, onun daha çox siyasi və psixoloji bir virus olduğunu mənə bir daha anlatdı.