Rəfail Tağızadə - Vətən, külün qırmızı.
 

Ədəbiyyat 13:52 / 05.10.2025 Baxış sayı: 1398

 

Zamanın dönməsi varmış,

günlərin çönməsi varmış,

həsrətin sönməsi varmış,

Vətən, külün qırmızı.

 

Boyuna yollar uzanır,

toyuna qollar uzanır,

hayına oylar uzanır,

Vətən, günün qırmızı.

 

Dəyəri itirən bilər,

sevinci gətirən bilər,

varlığı yetirən bilər,

Vətən, gülün qırmızı.

 

Hər bucağın bir qucaq,

hər ər oğlun bir qoçaq,

düşmənin pərən, qaçaq,

Vətən, ünün qırmızı.

 

Dünənim, sabahımsan,

son sözüm, cavabımsan,

Məkkəmsən, savabımsan,

Vətən, ilin qırmızı.