Fərhad Tapdıqoğlu - ÇÖP
Məktəbə gedəndə birinci növbədə çöplə saymağı öyrənməyə başladıq.Hesabın toplama,çıxma bölməsi də əvvəlcə çöplə aparılırdı...
Sonralar birinci sinif uşaqlarının çantalarında çöp qutuları olardı.
Saymağı öyrənəndən sonra kibrit qutularındakı çöpləri sevinclə sayardıq.O illər qutuda 60 ədəd kibrit çöpü olardı...
Uşaq vaxtı çöpümün qalan vaxtları çöpçüyə də aparıblar məni...
Ailə qurandan sonra övladlarımın da çöplərini qəsəbədəki məşhur çöpçü qadın çıxarardı...
Kənddə sel gəlməyini müşahidə etmişəm .Əvvəlcə çör-çöp gələrdi...
Həə ,yadıma düşdü.Ocaqda yandırmaq üçün o qədər çör-çöp yığmışam ki: pambıq çöpləri,budanmış üzümün çöpləri, bostan bitkilərinin və çöldə bitən yabanı bitkilərin çöpləri və sairə. .
...Arıq adamlara " çöp kimi adamdır "-deyirik...
İndi diş çöpləri də var,qulaq çöpləri də ...
Ziyafətlərdə mütləq masanın üstündə qutularda olan diş çöpləri olur...
İndi çöplü sokları ( şirələr)uşaqlar çox sevirlər.
Elə böyüklər də kokteyl,şirəni ...bəzən hətta südü çöplərlə sormağı xoşlayırlar...
Təbiətin qoynunda çöpdə kabab da bişirib yemişik.
Çöp kababları verən iaşə ocaqları da kifayət qədərdir...
"Çöpçülər kralı" türk komediya filminə də baxmışam...
Akvariumlarda çöpçü balıqlarıı da çox görmüşəm...
Yersiz günənlərə "çöpə gülən " deyirik...
Umduğumuz insanlar barəsində isə "bir çöpünü də görməmişik "...
Əliboş gələn qonağın arxasınca "bir çöp də gətirməmişdi"- demək bizdə adətdir...
Pul qazana bilməyənlər üçün "bir çöp də qazana bilməyib"- deyərik...
Elə buradaca xalq şairi Ramiz Rövşəndən sitat:
" Ürəkdən gəlməyən ,yalan söz
bir çöp kimi ,tikan kimi, orda çürüməkdə qalır.
Az qalır səni çürüdə,
ağrısını kim kiridə?
O ağrı içdiyin suda,
yediyin çörəkdə qalır"
... Mən çöp haqqında hamımızın bildiklərimizi yazdım...
Düşünürəm ... Belə getsə ,deyəsən bizə qalan "çör-çöp",ya da elə adicə çöp olacaq...