Əşrəf Veysəlli- ÇƏKİR
Ədəbiyyat
09:05 / 24.05.2026
Baxış sayı: 406
“Ayaqlarım— öküzlərim.”
Doğmalarım, ekizlərim.
Darta bilmir fərsizlərim,
Hərəsi bir yana çəkir.
Könlümü bir maraq alıb-
Kimsə məni soraq alıb…
Dərd əlin daraq alıb,
Saçlarıma şanə çəkir.
Qan ağlayır sağım, solum,
Qəm yoludur indi yolum.
Allahıma qurban olum,-
Məni imtahana çəkir.
1994- cü il.