Elvin İntiqamoğlu - AĞ KƏPƏNƏKLƏR

Ədəbiyyat 10:38 / 09.10.2025 Baxış sayı: 2073

 

Təqvimdən üç yarpaq düşdü torpağa,

çatdı ölüm vaxtı kəpənəklərin:

Qismətə bax, yazın ilk aylarında

üstünə qar yağdı kəpənəklərin.

 

Qar altında rəngi-ruhu dəyişdi -

qanadları ağdı kəpənəklərin.

Qonşu kəpənəklər göz yaşı tökür,

qarı qarla yuyub çiçəyə bükür...

 

Atası-anası ölsə də, şükür,

Sonbeşiyi sağdı kəpənəklərin.

Yanan bir ocağa qar tökdü Allah -

üzünə xoş baxdı kəpənəklərin...