Əlirza HƏSRƏT - BƏXTİ OLAN ŞEİRİN

Ədəbiyyat 08:01 / 05.10.2025 Baxış sayı: 1742

 

Biraz duzlu,məzəli,

İlk sevdadır əzəli.

Mənim dünya gözəli,-

Vaxtı olan şeirim.

 

Hər bəndi həsrət,qübar,

Nə şirindir bu nübar.

Şair "gözaltı"sı var,

Taxtı olan şeirin.

 

Bu Odlar ölkəsində,

Adım eşq cərgəsində.

Uzandım kölgəsində,

Bəxti olan şeirin.

 

...Ürəyimdən içib su,

Xoşdur ətri,qoxusu.

Bədbəxtdir oxucusu,-

Saxta olan şeirin.