Azərbaycanda tibbi kimya elm sahəsinə həsr olunmuş ilk monoqrafiya

Gündəm 11:12 / 04.10.2025 Baxış sayı: 2310

 

Azərbaycan Tibb Universitetinin Elmi Araşdırmalar Mərkəzinin və Elm və Təhsil Nazirliyinin Y.H.Məmməd­əliyev adına Neft Kimya Prosesləri İnstitutu­nun əməkdaşları Xudayar Həsə­nov, Or­xan İsayev, Əsmət Əzizova, Nər­minə Abdullayeva və Şimid Qası­movun birgə apardıqları elmi tədqiqat işlərinin nəti­cələri rus dilində tərtib edilmış “Биоко­ординационные соеди­нения платины (II) и палладия (II) в медицинской химии (“Platin (II) və palladiumun (II) biokoordina­sion birləş­mələri tibbi kim­yada”) adlı monoqra­fiyada öz əksini tapmışdır. Yeni çap olu­nan monoqrafiya Azərbaycanda tibbi kimya elm  sahəsinə həsr olunmuş ilk monoqrafiyadır. Mo­noqrafiya metal tər­kibli bioloji fəal mad­dələrin alınması, fiziki-kimyəvi və tibbi tədqiqinə həsr olunmuşdur. Aparılan ilkin tibbi tədqi­qatların nəticələri göstə­rir ki, alınan maddələr geniş tədqiqat işləri aparıldıqdan sonra  gələcəkdə yaman şişlər və iltihab əleyhinə, radioprotector və antioksidant kimi istifadə oluna bilər.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın akademiki Əjdər Məcidov, rəy­çilər AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Azərbaycan Tibb Uni­versitetinin əzcaçılığın toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev və biokimya kafedrasının dosenti Arzu Dadaşovadır.

Azərbaycan elminin inkişafında və beynəlxalq elm aləminə tanıdılmasında böyük rolu olacaq monoqrafiyanın hazırlanmasında əməyi keçən müəlliflərə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.