Arzu Əsəd - İran qadını çadradan çıxartdısa...
İran qadını çadradan çıxartdısa böyük bir inkişaf yoluna qədəm qoydu deməkdir. Bu həm də bizim ölkəmizdə İranın təsiri ilə bir çox valideynin qız uşaqlarını kiçik yaşlarından başlarını bağlamağa məcbur etməsinin qarşısını da güclü şəkildə alacaq. O körpə dilsiz-ağızsız qız uşaqlarına həmişə yazığım gəlib.
Uşaqlığın ən mühüm, ən şirin mərhələsini tərbiyə adına, Allah yolu adına həbsxanaya salınmış, qolu-qanadı qırılmış kimi azad, spontan həyatdan məhrum edilərək yaşamağa məcbur edilən bu korpə yavruların da bir çoxu valideynlərinin məcburi basqılarından qurtaracaqlar. Çünki bu valideynlərin bir çoxunun öz ağılları ilə deyil, qonşu şəriət dövlətinin normaları ilə hərəkət etdikləri yaxşı bilinir. Onlar da başa düşəcəklər ki, mümkün deyil, yerimir, getmir.
O boyda ölkə özünün nəhəng təbliğat maşını ilə, ağla gəlməyən ən sərt cəza mexanizmləri ilə insan azadlığının qarşısını ala bilməyib qadını çadrada saxlaya bilmədisə, dunyəvi dovlət olan Azərbaycanda körpə qızları onları həyatdan, uşaqlıqlarından, öz təbii inkişaflarından ayıran örtünmək, burünmək əzabına düçar edə bilməyəcəklər. Hələ son zamanlar ölkədə basdan-ayağa qara burünüb yalnız göz bəbəkləri görünən kiçik qız uşaqlarına da çox rast gəlmək olur. Bunun dinlə, imanla hec bir əlaqəsi yoxdur. Din deyib ki, ayıb yerlərinizi ortün. Qadının saçı, qulağı,burnu, çənəsi və sairə niyə ayıb yer sayılsın ki?
Allahın yaratdığı bu əzaları ayıb sayan kişilərin psixologiyasında hansı əcaib təhriflər yaranmaz, onlar manyaklığın hansı dərəcəsinə yüksəlməz ki? Tərbiyə bu şəkildə cahillikle örtünməklə olmaz. Uşaqlar, xüsusilə də, qız uşaqları onları cəmiyyətdən təcrid edən belə passiv təqva ilə deyil, əksinə, cəmiyyətlə iç-içə, ünsiyyətin, sərbəstliyin movcud olduğu mühitdə aktiv təqva ilə boyüdülməlidirlər.
Bu gunkü informasiya cəmiyyətində qız usaqlarını tərbiyə adına bir qara bez parçası ilə mühitdən ayırmaq onları gələcəkdə həmin cəmiyyətlə silahsız, köməksiz üz-üzə qoymaqdır. O silah, o kömək xaricdən bürünülən qara çadra yox, daxildən açılan mənəviyyatın, bilginin işığı olmalıdır.
Hesab edirəm ki, şəriət dovləti olan qonşu İranın bu mutərəqqi addımından sonra dunyəvi dovlət olan Azərbaycanda da körpə qız uşaqlarının hicab adına yeriyən mənəvi həbsxanalardan qurtarılması üçün müəyyən konstruktiv addımlar atılacaq.