Aləmzər Sadiqqızı : - Ürəyimə toxunma...

Ədəbiyyat 08:51 / 10.07.2025 Baxış sayı: 1159

Ürəyimə toxunma...

Əllərimə toxun...

Yaşadığı əzabları unutsun...

Saçlarıma toxun...

Qaralsın.

Gözlərimə toxun...

Gülsün...bir də ağlamasın.

Duyğularıma toxun...

Çıçək-çiçək açılsın.

Dərdlərimə toxun...

Sənə Səhrəzad kimi nağıllar danışsın.

Ruhuma toxun...

Gəncliyimə qayıtsın...

Ömrımə toxun ...uzansın,

Ümidlərimə toxun cücərsin...

Arzularıma toxun ,

Qanadlansın...

Gülüşümə toxun...

Dünya gülsün...

Bircə ürəyimə toxunma əzizim,

ürəyimə toxunma...

Sən varsan!