Yeniyetmə itgin düşdü - BAKIDA

KRİMİNAL 09:38 / 19.08.2022 Baxış sayı: 1608

Bakıda 16 yaşlı oğlan itkin düşüb.

Yenises.az  Report-a istinadən xəbər verir ki, hadisə avqustun 17-də paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elşad Həbib oğlu Hüseynov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.