Vasif Süleyman - VALLAH (Təcnis)
O, mənə atmışdı qar topasını,
Mən atdım, dəymədi qar, qıza vallah.
Əlimin içində qar od kimiydi,
Hələ görməmişdim qar qıza, vallah.
Kimində göz olur, məndə dil acdı,
Bu da bir oyunmuş, adı - dilaçdı.
Ürəyim birinci sənə dil açdı,
Açmadı baxışı qar qıza, vallah.
Kimmiş, buza oğlan, qara qız deyib,
Qar buxaq, qar sinə, qar ağız deyib.
Bilmirəm kim sənə qara qız deyib,
Vasif bənzədirdi QARQIZA, vallah.