Türkiyə ilk zirehli pilotsuz gəmisinin kütləvi istehsalına başlayır - FOTO/VİDEO

DÜNYA 18:17 / 12.08.2022 Baxış sayı: 2988

Türkiyənin "Ares” gəmiqayırma zavodu zirehli pilotsuz ULAQ gəmisinin kütləvi istehsalına başlayıb.

Bu barədə gəmiqayırma zavodunun sözçüsü Onur Yıldırım xəbər verib.
 
Onun sözlərinə görə, gəmi 12,7 mm-lik "Koralp” döyüş modulu ilə təchiz olunub. Gəmi atəş sınaqlarından yanvar ayında keçib.

 

ULAQ-ın üzmə məsafəsi 400 km, maksimal sürəti saatda 65 km-dir.
 
Pilotsuz gəmi peyk vasitəsilə idarə oluna bilər.
 
O, həm də avtonom şəkildə tapşırıqları yerinə yetirə bilir.