Şakir Xanhüseynli - kim deyir səndən qalan
Ədəbiyyat
10:00 / 24.05.2026
Baxış sayı: 388
kim deyir səndən qalan
izlər silinir,
heç də belə deyil;
qalan izlər əbədidir insandan...
bir xatirəmiz hökmən ya bir daşın,
ya bir ağacın yaddaşına köçür
və bu, daimi olaraq gələcəyə,
döyünən bir ürəyə ötürülür...
sən bu dünyaya yad yox, doğmasan,
özünü ən uzaq birisinə də doğma san...
izlərin yolların sinəsində
heç getməyən bir naxışdı;
yollar daim səni xatırlayacaq,
üzünü çevirib baxdığın divar,
sonsuz göy üzü;
hələ insanlar--
onlar daim səni xatırlayacaq.