Sabir Zəkullaoğlu : -Sonrakı mərhələ...

İnsan hər şeyə öyrəşir. Bütün pis vərdişlər həyatımızın gündəlik ehtiyacına çevrildiyi kimi, yaxşı əməllər də vərdişlə həyat normasına çevrililə bilir..
İnsan özünü hansı davranışa, hansı əxlaqa kökləsə, öyrətsə, o halıyla da yaşayacaqdır.
Bəzən həyat insanı yaxşı davranış sərgiləməyə məcbur edir.
Məsələn, mən ticarətlə məşğul olduğumdan, bu iş mənim çiynimə, müştərilərlə ünsiyyət quranda, təbəssüm etmək, gülümsəmək kimi bir yük qoyub..
Borclu olduğum insanlar və ya şirkətin nümayəndələriylə qurduğum ünsiyyət, ümumiyyətlə ayrı bir söhbətin mövzusudur..
Yalanan üzlərinə o qədər gülmüşəm ki, üz gözüm qırış - qırış olub...
Qanunlara əməl etmək və ya etməmək də bir növ vərdişə çevrilib bizi təhdid edən adətlərimizdəndir..
Əlbəttə bunu bütün ölkələrə aid etmək olmaz.
Qanunun aliliyini əsas götürüb yaşayan ölkələrdə, cəza və cərimə tədbirləri o qədər sərtdir ki, zatən sənin qanunlara əməl etmək vərdişindən başqa bir çarən qalmır..
Deməyim o ki, bütün yaxşı əməllərin tətbiqini ilikin olaraq, inzibati usulla, zor gücünə də olsa həyata keçirmək lazımdır..
Sonrakı mərhələdə bizə zor tətbiq edənə minnətdar olacayıq..