Məhərrəm Şəmkirli : - TAMAHKAR SAHİBKAR

(kiçik hekayə)
Artıq tamah daş yarar,daş qayıdıb baş yarar.
Atalar sözü
Çox da qalın olmayan meşənin girəcəyində,yolun qırağında,mərdliyimizin rəmzi olan palıt ağaclarının altında namərd Məmişin xırda bir köşkü vardı.Beş nəfərlik ailəsinin çörəyini halal-haram Məmiş burdan çıxardırdı. Hekayəmizi əvvəlindən Məmişi sizə belə taıtmağımın əsil səbəbini hekayəni axıra kimi oxuyanda biləcəksiniz.Məmiş xırda köşkün arxasını mətbəx eləmişdi.Çox çeşidli və dadlı yeməklər bişirərdi.Quzu ətindən çəkdiyi kababı bir dəfə yeyən, on dəfə yemək istəyərdi.Bütün bunlara baxmayaraq Məmiş əliəyriydi,kələkbaz,nəfsinin köləsi idi, müşdəriləri aldatmaqda mahir idi.Və həmi də dildən pərgar idi,müşdəriyə qarşı əliəyriliyini,kələyini şirin diliylə elə ört-basdır edirdi ki,müştərinin ruhu da incimirdi.
Bir neçə gün idi ki,köşkə gəlib-gedən yox idi.Qoşa palıdın kölgəsi insan üçün qəribsəmışdı.Müştərinin olmaması Məmişi yasa batırmışdı.Qoşa palıdın altında başı aşağı oturub qara bəxtini söyürdü.Ona elə gəlirdi ki,bəxti qaradır.Və ona elə gəlirdi ki,bu qara bəxtini söyüb,yamanlamaqla bəxti yaxşılaşacaq.Qətiyyən!Bəxtinə axırıncı yağlı söyüşü söyüb qurtarmışdı ki,qulağına insan səsi gəldi.
Köşkə xeyli adam gəlirdi.Gələnlər əcnəbi turistlər idi.Danışıqlarından alman olduqları bilinirdi.Məmiş orta məktəbdə alman dili keçmişdi.Qazancı vur-tut bir neçə söz olmuşdu.O bir neçə söz indi karına yetmişdi.Kələnlərin kimliyini bilmişdi.Alman turistlərini müşayiət edən gənc azərbaycanlı oğlan idi.Tərcüməçidən qonaqların nə yeyəcəklərini öyrənib,işə başladı.Xeyli vaxt müştəri qəbul etməyən Məmiş bütün gücüylə işə girişdi.Və iş görə-görə “bu, əla oldu,bunlardan boşuna gedən günlərin xərcini də alaram”dedi.
Məmiş hazır yeməkləri süfrəyə düzdü.Qurd kimi ac olan turistlər, elə qurd kimi də yeməyə başladılar.Məmişin yeməkləri o qədər dadlıydıı ki,dadı turistlərin damağında qalmışdı.Ona görə də tərcüməçiyə dedilər ki,sahibkara denən bura yenə gələcəyik.Məmiş yeməyin haqqını iki qat alıb onları yola salanda tərcüməti üzünü Məmişə tutub dedi-Qardaş,yeməklərin nə qədər dadlıydısa,haqq-hesabın da bir o qədər yüksək idi.Nəfsinə əl gəzdir. Bir də belə eləyib müştəriləri özündən küsdürmə.Bu yaxınlada ölkəmizə almanıyadan xeyli turist gələcək.Bakıdan yola düşəndə sənə xəbər verəcəm.Görürəm tək adamsan,qabaqcadan deyəcəm ki,tələsiyə düşməyəsən.
-Baş üstə qardaş,mən sizin qulluğunuzda hər zaman hazıram.
Aradan heç üç gün keçməmişdi ki,həmin adamdan Məmişə zəng gəldi.Salam-kalamdan sonra həmin adam Məmişə:-Dostum,sağlığına sabah böyük bir dəstəylə gəlirəm.Qonaq çox olacaq.Sən belə elə,iki yaxşı heyvan kəs,yarsını bozartma elə,yarsını da şişə çək.Məmiş sevindiyindən çırtıq çalıb oynamağa başlad.Zarafat deyildi,bir günə iki erkək kəsəcəydi.Bu Məmişin köşk açdığı on ildə ilk dəfə baş verirdi.Məmiş dayanmadan erkəkləri kəsməyə başladı.Doğrayıb bozartmalığı,kabablığı ayrı-ayrı qablara yığdı.Yarım cəmdəyi qazana doldurub ocağın üstünə qoydu,Kabablıq əti də duzlayıb,bibərləyib iri bir ləyənə yığıb üstünü basdırdı.Səbirsizliklə səhərin açılmasını və qonaqların gəlməsini gözlədi.Səhər açıldı,gün günorta oldu qonaqlar gəlib çıxmadı.Məmişin gözləri yollarda, baxışları telefonun ekiranında qalmışdı.Məmişin həyacanlı anlarında telefon zəng çaldı.Turitləri müşayiət edən oğlan idi.Məmiş yaman sevindi,amma onun sevinci uzun sürmədi.Müşayətçinin bəd xəbəri Məmişin qulağında çıxıb bütün meşəyə və qonşu köşklərə yayıldı.Bizi bağışla,gələ bilməyəcəyik.Ağır yol qəzası keçirdik,xeyli yaralılar var,onları xəstəxanaya çatdırmalıyıq.Məmişin alnına soyuq tər gəldi.Müvazinətini saxlaya bilmədi,üzü üstə yerə yıxıldı.
İki gün sonra məlum oldu ki,yolda hadisə-filan olmayıb.Tərcüməçi Məmişdən keçən dəfə tamahkarlıq edib onlardan iki qat aldığı pulun heyfini çıxıb.