KƏRAMƏT : - Sevgi böyüklərin oyuncağıdı

Ədəbiyyat 09:59 / 19.08.2022 Baxış sayı: 4110

 

Sən solmagil, qal beləcə

Mən sənə aşiq getdim

Qəmə batma,gül beləcə

Şax dayandım,şıq,şıq getdim.

 

SEvən ayrı,EŞQ-sə birdi

Tanrım mənə buta verdi

Macəra yox, o bir Sirdi

Dərviş gəldim, aşıq getdim.

 

Yalana ac bir cocuğam

Mamır basan bir qucağam

Gəl çıx, canlı oyuncağım

Uşaq gəldim,uşaq getdim