Kəramət : -"EŞŞƏK ÖZÜNSƏN" və yaxud...
"EŞŞƏK ÖZÜNSƏN" və yaxud
"MİSRAMCA GƏLMƏZSƏN, GƏDƏ"
...belə vaxtın bulanıq sularında, at izinin it izinə qarışdığı, samanın qızıl yerinə, şorun yağdan qiymətli, nadanın, debilin aqildən hörmətli olduğu günlərdə məkanca yer gəzərsən, olan-qalan məntiqini qorumağa. Ətrafda normal düşüncəli, azdan-çoxdan məşğul olduğu işi bilən, yəni işinin əhlinə rast gələndə təəcüblənirsən.
B. Şounun qapı qonşusu gəlib hekayələr oxuyar, fikrini bilmək istərmiş, yazıçı da başından eləməkçin yumşaqca keçikdirərmiş...Qonşu da həvəslənir...təzə cızma-qarasını oxuyur..yazıçının susqunluğunu fürsət bilib,-GÖRÜRSƏN, ƏDƏBİYYATDA YENİLİK ELƏMİŞƏM,-deyir.
-Eşşək özünsən, mən də iqtisadiyyatda yenilik eləmişəm...(qonşu iqtisadçıymış)
---------bütün elmi kəşflərin, ədəbi "izm"lərin yaranması həmin dövrün nəinki sənət mərhələsindəki uyğun havayla, paralel və təbi ki, həmin vaxt zolağının içtimai-siyasi, hətta iqtisadi tələblərinin nəticəsidi. Bu şərtlər yoxsa, yalançı peyğəmbərlər, debillərin meydan suladığı, alqının(reklamın) olqunu(varolan gerçəyi) üstələdiyi qaçılmaz hala gəlir.
Nəinki xırda-böyük kəşflərin, istedaların yetişməsi
SƏMAVİ MÜQƏDDƏS KİTABLARIN GÖNDƏRİLMƏSİ ÜÇÜN DƏ UYĞUN ZAMAN VƏ ŞƏRTLƏRİN YARANMASI HƏYATİ ÖNƏM DAŞIYIR.
Dünyanın bügünkü şərtləri daxilində heç bir sahədə nailiyyət qazanıla bilməz, xüsusilə müsəlman ölkələrində, Nobelçi Əziz Sancarın dediyi kimi,-500 ildi müsəlman dünyası dünya elminə heç bir töhfə vermir.
Özbəkistandan qaçıb gedən Ulduz Usmanova danışır ki, musiqi müəlliməmiz yaşlı bir yəhudiydi və biz daha çox nəfəslə qışqırmağı məharət sayardıq, bir gün bizi bir kəndə apardı və eşşəyin anqırtısına qulaq asdırdı və bundan çox anqıra-səsimizi uzada bilməzsiz, sənəti öyrənin, -bunu yada salmağım da nəsə deyir yəqin.
Düzünə qalsa, hamını eşşək yerinə qoyan bir mühitin qurbanlarıyıq və bizim kəndimizdə Fərzulla kişi vardı, deyərdi ki, QANAN QANMAZA BORCLUDU .
Və indilərdə bu kəlamı tez-tez xatırlamağım, susmağım ona dəlalət etmir ki, deyəm;
HƏQİQƏT İT ŞƏKLİNDƏSƏ, YALAN CEYRAN ŞƏKLİNDƏ
OLMA İTİ MADONNATƏK SEVƏCƏYİM ŞƏKKİNDƏ
(ƏLİ KƏRİM)
"Söz nədi? Bilməzsən, gədə
Misramca gəlməzsən, gədə"=bu da məndən...
Bu mühit niyə və necə yaradılıb , niyə qorunur, nəticələri haqqında da fikrim var, bölüşərik mülahizələrimizi
"Elmsiz şeir ğayətdə bietibar olur" (Füzuli )