Kəmalə Abiyeva - ŞƏHİDLƏRƏ
Ərənlərim...
Sizdən sonra yağış yağır...
Sizdən sonra dayanmır yağış,
dəyişib yağış da...
Ana, ata, bala, qardaş, bacı,
sevgili səsi var yağışda.
Sizdən sonra danışır yağış.
Sizdən sonra çoxalıb yağış.
Arzulara hopub qarışır torpağa
Azadlıq ətri gəlir torpaqdan...