Hərbçimiz həlak oldu - RƏSMİ

Gündəm 22:01 / 18.08.2022 Baxış sayı: 952

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoyev Elmar Elçin oğlu odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!