Fəxrəddin Teyyub : - Mənim dualarım ələkdən keçib
jpg-1679633508.jpg)
Min gülün içindən dərmişəm səni,
Ölüb dirilmişəm dərənə kimi.
Şehli ləçəkləri ruhumun üstə,
Mən nələr çəkmişəm sərənə kimi.
Hanı sən tək gözəl, ala canımı,
Həsrətin oduna sala canımı.
De görüm, neyləyim həyacanımı?
Qara gözlərini görənə kimi.
Sevgim körpə kimi bələkdən keçib,
Durna qatarından, lələkdən keçib.
Mənim dualarım ələkdən keçib,
Tanrı istəyimi verənə kimi.