Fərhad Tapdıqoğlu - Uşaqlar güldürür.

YAZARLAR, Gündəm 13:23 / 09.10.2025 Baxış sayı: 2573

=1=

6 yaşlı Valehin İman babasının qara eşşəyindən xoşu gəlirdi. Hərdən babası onu eşşəyə mindirib, gəzdirirdi.

Bir gün növbəti dəfə onlara gedir.Eşşəyi qapıda

görmür.

Babası gil süfrə arxasında əyləşib, nahar edirdilər.

Babası onu yanında əyləşdirir .Nənə bişirdikləri qara rəngli dovşanın ətindən bir parça nimçəyə qoyub ,deyir:

---Nənən boyuna qurban Valeh,yemək ye.Qəşəngdir,dadlıdır.

Valeh acıqlı-acıqlı nənəsinə baxıb ,ayağa qalxır və ağlaya - ağlaya evlərinə qaçıb gəlir.

Anası onun ağladığını

görüb ,soruşur:

--Noolub oğlum ? Xətrinə kim dəyib baban ya nənən?

Valeh bir az sakitləşib ,deyir:

--- Onlar qara eşşəyi kəsib ,bişiriblər .Mənə də eşşəyin ətindən verirdilər yeməyə.Yemədim ,qaçdım,gəldim--yenidən hıçqırır.

Valehin anası gülür:

--A bala ,eşşəyin ətini yemirlər.Yəqin dovşan əti olub.Babana dostu bir qara dovşan vermişdi,onu kəsib.

İman baba bu zaman özünü onlara çatdırır və söhbəti eşidib,şaqqanaq çəkib gülür:

--Ay səni Valeh ?!

O dovşan ətiydi.Qara eşşək pəyədədir.Gedək ,min səni

gəzdirim.

Hamı bərkdən gülür...

Bir neçə dəqiqədən sonra

baba və nəvə qara eşşəyi minib gəzirdilər...

=2=

7 yaşlı Onur atası ilə Gəncədən Qazaxa sünnət olunmuş dayısı oğlu Adəmin yanına gedir.

Yenicə sünnət olunan Adəm ,onların gəldiyini görüb ,ağlamağını kəsir.

" R" hərfini "y" kimi tələffüz edən Onur dayısı oğlu ilə görüşüb ,soruşur:

---Kəsəndə ağyadın?

Adəm:

--Yox ağlamadım.

Onur:

---Hayay oysun sənə.Yaxşı

ki,ağyamamısan ,yoxsa hamı sənə güyəydi,biyabıy oyaydıq-- yaşından böyük danışır .

Onur bu şirin danışığına

otaqdakılar hamısı gülür.

Adəm də ağrısını unudub gülənlərə qoşulur...)))