Əbülfət Mədətoğlu : - Xəyalımdakı gecə
Səhərə gör nə qalıb? -
Qalıb bir gecəlik yol...
Gözünü yuxu alıb -
Yat ay gülüm, rahat ol!
Mən Ayın bədirlənən
Vaxtına qalacağam...
Yuxunun ətirlənən-
Ləzətin alacağam!
Ölçürəm bir gecəlik -
Kirpiklərimlə yolu!..
Açıram sənlə birgə -
Gecəni vüsal dolu...
... Arzuladığım gecə,
Xəyalımda süslənir...
Qurduğum səsli saat -
Kirimədən səslənir!..