Əbülfət MƏDƏTOĞLU: HAMIMIZ ŞİRXANSIZ QALDIQ
MÜƏLLİFDƏN
İndi oxuyacağınız yazını 2019-cu ilin aprel ayının 29-da yazmışam...Elə həmin vaxt da "Ədalət" qəzetində çap olunub, Yəni bu yazı ilə aramızdakı məsafə təqribən beş il iki aydan bir qədər artıqdı...Bu cümləni təsadüfdən yazmıram...Demək istəyirəm ki, bu yazı həyatımda çox ÖNƏMLİ yeri olmuş , ruhuna hər zaman dua etdiyim ,əziz dostum Şirxan Adıcözəlov barəsindədir...Yazını yenidən gündəmə gətirməyimin isə bir səbəbi var. Yəni mən bir Allah bəndəsi olaraq itirdiyim dostlar üçün hər sabah adlarını çəkməklə dua edirəm Və nə qədər də varam belə də davam edəcək! O ki, qaldı səbəbə...
Demək olar ki, respublikamızın istənilən bölgəsində söz prokurorluq işçilərindən düşəndə, mən Şirxan müəllimin adını çəkən kimi hamı onun ruhuna salavat çevirib, rəhmət oxuyur! Bu yanaşmanın Gürcüstanda da dəfələrlə şahidi olmuşam! Elə bu günlərdə özəl həyatımdakı bir durumla bağlı məsələ çözülərkən Şirxan müəllim xeyli xatırlandı...Və mən əmin oldum ki, O ürəyimdə olduğu kimi, həmi də yanımdadı! Özü də mənə belə demişdi:- Sən şeirini yaz, yanındayam! Çap etdirmək problem deyil...
Şəkilinqarşımdadı, yazı masamın üstündə. Elə bilirəm ki, indicə zəng vuracaqsan.Telefonu götürən kimi də özünəməxsus səsinlə, ərkinlə həmişəki kimi deyəcəksən:
- Əbili,haralardasan? Ə, niyə itib-batmısan? Təzə nə yazmısan?
Bəli, busuallar hər zəngində təkrarlanırdı. Və mən də təzə yazdığım şeirlərdənbir-ikisini oxuyandan sonra deyirdi ki, dur qapını bağla, düş otur bir taksiyə...gəl oturaq üzbəüz... belə şeirləri ancaq üzbəüz dinləmək istəyirəm...
Özümütoparlayıb nəsə demək istəyəndə elə bil nəfəsindən hiss edirdim nə deyəcəyini.Və nəfəsimi çəkməyə imkan vermədən şeirlərimdən birini əzbər deyirdim, düzsonuncu bəndə qədər... və gülə-gülə də:
- Əbili,sənin şeirlərini mənim qədər əzbər bilən var?
Dərhalda cavab verirdim:
- Yoxduqardaş, doğurdan yoxdu nə o şeirləri sənin qədər əzbər bilən, nə də səndənyoxdu...
İndigözümü zillədiyim şəklindən cavab istəyirəm. Bu şəkil isə susur, danışmır. Eləbil ki, imciyib məndən – harayına gec getdiyimdən, son nəfəsində başının üstündəolmadığından, onun bir az da artıq yaşaması üçün gücüm catıb-çatmayan nələrisəetmədiyimdən... İlahi, kim inanmırsa bu şəkilə baxsın. O gözlər, o sifət cizgilərideyir bütün bunları... haylayır, haraylayır və ürəyimi param-parça edir. Mənona yalvarmağa, ona baş əyməyə hazıram, təki səsini eşidim... təki əvvəlki kimibircə dəfə "Əbili, dur qapını bağla, düş aşağı” desin... təki bircə dəfə "təzəbir şeir oxu” – söyləsin. Amma söyləmir... Mən şəkillə danışa-danışa qalmışam.Elə danışa-danışa da haralara çıxıb gedirəm heç özüm də bilmirəm. Onunla bağlı bütüngörüşlərim, bütün söhbətlərim canlanır gözümün qarşısında. İlk yadıma düşənonun telefonla zəng vurub sərt bir şəkildə:
- Əbili,sən hüquqşünassan? – deməsi oldu.
Düzünüdeyim ki, onda səsindən narahat oldum. Elə bildim ki, nəsə bir günah etmişəm. Biranlıq donub susdum. Hiss etdi məni. Səsi əvvləki həlimliyinə qayıtdı:
- Əbili,yazırsan ki:
Qayğılıçəkdiyim, dərdli çəkdiyim
Bu boydaBakıda dərddi çəkdiyim...
Mənimazadlıqda şərti çəkdiyim –
Cəzanınadını çəkənlər bilər...
Çox gözəlyazmısan, Əbili! Sağ ol! Ürəyimi ağrıtdın. Məni də öz halına çəkib qoşdun...Bir dostum, bir qardaşım, özü də sayılıb-seçilən bir hüquqşünasın bu dördmisraya verdiyi qiymət məni göylərə qaldırdı. Elə bildim ki, bütün Bakı məndəndanışır. Həqiqətən həmin gün axşam məni öz həmkarlarıyla bir süfrədə əyləşdirib onlara təqdim etdi. Həttazarafatla onlara "bu şairin kitabınıalıb oxuyun” – dedi.
Belə idimənim qardaşım, mənim dostum. Və mən də bu boyda Bakıda bütün sirrimi, sözümü, ənçətin anlarımı onunla bölüşürdüm. Demək olar ki, onun dəstəyiylə işıq üzü görən,bütün kitablarımın hər birini yaxınlarımızın iştirakıyla "mübarəkliyirdik”. Vəyaxud hardasa onun xəbəri olmadan çıxan kitabım, yazım əlinə keçən kimi məniaxtarırdı, hərəsindən də beş-altı nüsxə. Soruşurdum ki, bunları nə edəcəksən?Deyirdi ki, kitab oxuyan dostlarıma verəcəm.
Bütüngörüşlərimiz zamanı ha israr edirdim ki, bəlkə bir müsahibə yazım sizinlə. Razıolmurdu. Deyirdi Əbili, bütün kitablarında mənə şeirlərin var və bütün şeirlərində elə mənim düşüncələrim, duyğularımdı. Qalsın başqa vaxta. Yalnız o təqaüdəçıxandan sonra onun barəsində özündən iznsiz, xəbəri olmadan bir yazı yazdım.Kimsə ona xəbər vermişdi. Qəzet çıxandan bir gün sonra mənə zəng vurdu. Ölkədənkənarda idi. Dedi internetdə oxudum yazını. Çox sağ ol! Səsinin həzinliyi mənikövrəltdi. Borcumdu! – dedim. Həmin yazını "İç dünyamın adamları” kitabımadaxil etdim. Kitab üçün də ondan şəkillər istədim. Bax, onda verdi bu şəkili mənə,indi həmsöhbət olduğum şəkili... Bu yerdə xatirələrə qayıtmaya bilmirəm.Qaçqınlığımınağır günləri idi. Uşaq bağçası, yataqxana bütün həyatımı alt-üst etmişdi.Motodrom ərazisində bir gecəqondu tikmək istəyirdim. Görüşlərimizin birində "nəoldu, başlamadın evi?” – deyə soruşdu. Sualdan yayınmaq istədim. O da məsələninüstünə qayıtmadı. Ertəsi günü tanımadığım bir nömrədən zəng gəldi. Zəng vuranbildirdi ki, siz evi harda tikirsiniz. Təəccüb və maraqla ünvanı söylədim. Həminadam əlavə etdi ki, Şirxan müəllim sizə iki "Kamaz” daş göndərib. Axşam çağıyenə zəng gəldi. Bu dəfə qum, sement göndərmişdi... Beləcə, tikdi mənim evimiŞirxan... evli-eşikli elədi məni Şirxan... Mən heç nə edə bilmədim. Onayazdığım şeirlərin birində dedim:
Sevincimgün işığı tək
Ürəyiovcuna aldı...
Yerdəinsan donlu mələk –
Sakitcəqayğıma qaldı...
Gör neçəqəmim dağıldı
Böyük ürəyinönündə...
İşıq təkqarşıma çıxdı –
O mənimağır günümdə...
Bu dəfəmən zəng vurdum. Şeiri bütünlüklə ona oxudum. "Sağ ol” sözünü elə səsləndirdiki, onun ən ali mükafat olduğuna inandım və həmin gecə başqa bir şeir dəyazdım. O şeirin bir bəndində vurğuladım ki:
Hər bəndə
ümidişığı deyil
hər işıqda bəndə
ümidişığına dönürsən
ən çətinanımda –
məndə!
Bu şeiriŞirxan müəllim dəfələrlə mənə xatırladırdı və hər xatırlamasında da deyirdi ki:
- Əbili,bunu yaman yazmısan. Doğurdan da hər insan ümid yeri deyil. Sağ ol ki, məniümid yeri saymısan.
Mən dəyərlivə unudulmaz hüquqşünas dostum, "Azərbaycan bayrağı” ordenli elm adamı, bir neçəkitabın müəllifi (yeri gəlmişkən, həmin kitabların bəziləri ölkəmizdən kənardada işıq üzü görmüşdü – Ə.M) Şirxan Adıgözəlov barəsində xatirələrimi çözərkənona 2015-ci ildə nəşr olunmuş "Ürəyim sənlə danışır” kitabımı təqdim etdiyim anyadıma düşür. Həmişəki kimi kitabı vərəqlədi və ön səhifələrin birində ona yazdığımşeiri görüb üzümə baxdı:
- Əbili,bunu mənə niyə oxumamısan?
-Qardaş, istədim sürpriz olsun.
Başladışeiri öncə ürəyində, sonra səslə oxumağa. Şeirin bu bəndini iki dəfə oxudum:
Can atançox xan olmağa
Elə şöhrət,şan olmağa...
Qardaş,sən Şirxan olmağa -
Fərddoğuldun, fərd yaşadın.
Bəli,indi xatirə danışıram, indi xatirə yazıram, özü də adda-budda. Çünki nəyazacağımı, necə yazacağımı qərarlaşdıra bilmirəm. Bunun da səbəbi səninTanrıya qovuşmağındı. Deyirlər ki, son mənzil hamı üçündü. Mən bunu qəbul etsəmdə, amma sənin kimi İNSANların yeri Tanrı dərgahında da son olmur. Çünki sizyaddaşda, ürəklərdə,xatirələrdə yaşayırsınız. Sənin və sizlərin sözü, söhbəti, əməlləri eldə,obada, kitablarda, yazılarda gəzir, dolaşır, tirajlanır. Deməli, sən budünyadan köçməmisən. "Nəsimi” filmində Nəiminin söylədiyi kimi cismin gedib,ruhun bizimlədi! Buna gün işığına inandığım kimi inanıram. Bilirəm ki, səni tanıyanların hamısı inanır buna. Mən bunabu üç gündə eşitdiyim söhbətlərdən bir daha inandım. Hamı səndəndanışırdı... hamı sənin sözünü-söhbətini təkrar edirdi. Ruhun şad olsun, Şirxanmüəllim! Sən kimsəsizlərin, arxasızların, ümidsizlərin dayağı idin! Sən birelin, bir obanın parlamış işığı idin! Sənin üçün Azərbaycanın hər guşəsiev-eşik idi, dost-qardaş ünvanı idi! Sən Naxçıvanı da, Lənkəranı da, Qubanı da,Qazaxı da, Şəkini də, Bakını da, bir sözlə, bütöv Azərbaycanı, doğulduğun Füzuli rayonunun Böyük Bəhmənli kəndi qədər sevirdin. Ona görə də sənin ruhun həmişə Azərbaycanla birlikdə olacaq! Görüşənə qədər, qardaş!