Əbülfət MƏDƏTOĞLU : - BÜLBÜL...

Ədəbiyyat 13:31 / 18.08.2022 Baxış sayı: 1166

 

Yuxudan hövlank durmuşdun,

Səsinlə açdım səhəri...

Sən oxuyub durulmuşdun ,

Sinəmdə yatan qəhəri -

bülbül...

Tutub əlindən ruhumun,

Səsinə həyan etmisən..

Onu gördüyüm yuxumun

Hər anın bəyan etmisən -

bülbül...

Könül sirrimin sim-simin ,

Öyrənib yaydın o adı...

Mənim ömrümün tilsimi,

Ona etdiyim duadı -

bülbül...

İndi ən özəl sirr yerim,

Həm də sirr yayan dilimsən!

Nəyim var , al sənə verim -

Olanın hamsın bilirsən -

bülbül!