Bəhram Bilaloğlu : - QARDAŞ

Ədəbiyyat 13:56 / 09.11.2024 Baxış sayı: 2732

 

 

Saat əqrəbinə bənzəyir ömrüm,

Öz oxu üstündə fırlanır,qardaş.

Çalış yaxşılarla həm bahəm eylə,

Bədxahlar bu ömrü,ar sanır,qardaş.

 

Dürüst ol,mərdliyin qoy ibrət olsun.

Qarışsın qanlara fərasət olsun.

Eşqi anlayana,səadət olsun.

Bu fəna deyil ki,yar sanır, qardaş.

 

Zamanla ölçülər etdiyin hər iş.

Çevrilər arzuya olar da,vərdiş.

Alışar köz kimi yandırar,gərdiş.

Deyərlər seyr edin,gur yanır, qardaş.

 

Ocağlar isidər verdiyin qərar.

Məhəbbət,sevgilər,ucaldar,qurar.

İzzətin,hörmətin ucada durar.

Baxarsan zövq verir, zar donur,qardaş.