Bəhram Bilaloğlu - Düşməsin zərrə qədər,
Ədəbiyyat
13:36 / 09.10.2025
Baxış sayı: 4863
Düşməsin zərrə qədər,
Dodağından gülüşün.
Qəm açar lalə kimi,
Qarşılar sər gəlişin.
Dua bəxş eylədiyin
Dilə gəlməz — bunu bil.
Çatsa muradına o,
Deyər: “Yaddı, onu sil.”
Çəkirəm xeyli zaman,
Salıram yaddaşıma.
Ləkədir, getməyəcək
Vurulan bad daşına.
Qarışır, dövr eləyir,
Dövrə özü mehmandır.
Yaxşı baxsan üzünə —
Aşkara bənd, həyandır.