Arzu Hüseyn - Daha bitdi,

Ədəbiyyat 12:20 / 20.02.2026 Baxış sayı: 469

Daha bitdi, gözün aydın.

Sevindinmi, şad oldunmu?

Mən hələ bir viranəyəm,

Sən özün abad oldunmu?

 

Yollarımdan gözünü çək,

Son çırpınış nəyə gərək?

Ömrümüzün sonuna dək —

Ölüyük, rahat oldunmu?

 

Sən məndə bir dərin quyu,

Lildir, bulanıqdır suyun.

Mən qurbanlıq qara qoyun,

Ye, ağzında dad oldummu?

 

Tanrı, mən gerçəkmişəmmi?

De, cəzamı çəkmişəmmi?

Yetəri dək çökmüşəmmi,

Bəxtimdən azad oldummu?