Aləmzər Sadiqqızı - Mənə bir salam göndər...
Mənə bir salam göndər...
Bilim ki, yaşayıram.
Mənə əmanət ömrü...
Bilim ki, daşıyıram.
Əgər yollar yoxdusa...
Qarla, yağışla göndər.
Səni küsdürmüşəmsə...
Məni bağışla, göndər.
Bir azca sevgiyə bük...
Bir azda ətrinnən qat.
Cavabı gəlsin deyə..
Arxasınca su da at.
Salamın gəlməyəndə...
Dolan bulud da yağmır.
Ay da utandığından..
Pəncərəmizdə doğmur.
Salam Allah salamı...
Öpüb, əzizləyəcəm.
Salamının yanında...
Özünü gözləyəcəm!