Ağalı kəndinə növbəti köç karvanı yola salınıb

HÜQUQ 09:05 / 14.11.2025 Baxış sayı: 1536

 

Azərbaycan Prezidenti  cənab  İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış davam etdirilir.

Bununla  bağlı Yenises.az xəbər verir ki, bu gün Zəngilan rayonunun Ağalı kəndinə   daha  41 ailə , yəni  110 nəfər köçürülüb.

 

Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.