Adilə Nəzər : - Bir kitab vardı..

Bir kitab vardı,
29 il əvvəl yazılmışdı,
mövzusu qəribəydi...-
qarlı qışda öz torpaqlarını
qanlarıyla suvaran adamlar..
Qanlarını tökənlər insan deyildi-
yamyamlardı...
Yazarı rusların qıcqırtdığı
nankor itlər -
faşistdən betər...
Bir film vardi,-
29 il bundan əvvəl çəkilmişdi...
sənədli- subutlu,
senarisi 72 il əvvəlkiydi,
məkanı zamana görə dəyişmişdi..
Hadisələr qan donduran,
ağılar saç yoldurandı...
Ölənlər türklərdi...
baxdıqca dəli kimi bağırırdım -
yetər.. yetər...
öldürənlər haylardı,
- faşistdən betər...
Bir tablo vardı, -
29 il əvvəl çəkilmişdi,
ağ qar üstündə
alov rəngli qırmızı ölümlər...
Tablonun sifarişçisi
çoxdanın ölüsüydü..
dekarativ xarakterli,
firon iddialı dinsizin vəsiyyətiydi..
Müəllifi yenə onlardı -
faşistdən betər..
İstəyirəm
bir kitab yazılsın,
bir film çəkilsin,
bir tablo işlənsin...
Bu dəfə hər şey tərsinə olsun....
Öldürənlərlə ölənlərin yeri dəyişsin..
Vətənə vəfalı olmaq
cəhənnəm odundan xilas olmaqdır,
Tanrının razılığını almaqdır...
Yolundan çıxanlar oyundan çıxmalı - axı dünya yuvarlaqdı...