XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



Qardaş ölkədən daha bir dəstək: Könüllü həkimlərimiz...
Gündəm 12:20 / 20.10.2020

Türkiyənin Ali Təhsil Şurası (YÖK) Qarabağ müharibəsi ilə əlaqədar müvəqqəti olaraq ölkələrinə geri dönmək istəyən azərbaycanlı həkimlərə lazımi icazələrin verilməsinin asanlaşdırılmasını tələb edib.

Şura əsgərlərə tibbi yardım göstərilməsinə dəstək məqsədi ilə könüllü olaraq Türkiyədəki Azərbaycan səfirliyinə müraciət edən həkimlərimizin çalışdığı 14 universitetin rektorluğuna məktub göndərib.

Məktubda azərbaycanlı həkimlərin müraciətinə müsbət yanaşılması və onların tələbinin qanunvericilik çərçivəsində qiymətləndirilərək, lazımı tədbirlərin görülməsi istənilib.


983 oxunub

InvestAZ