XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



Gürcüstandakı yəhudilərdən Gəncə ilə bağlı - Bəyanat
DÜNYA 09:37 / 20.10.2020

Gürcüstanın Yəhudi İcması ermənilərin Gəncəni raket atəşinə tutması ilə əlaqədar bəyanat qəbul edib.

yenises.az xəbər verir ki, bu barədə AzərTac-a Gürcüstan yəhudi icmasının rəhbəri, fizika-riyaziyyat üzrə elmlər doktoru Abik Çaruxçevi məlumat verib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi son dövrlərdə verdiyi bəyanatlarla ərazi bütövlüyü prinsipinə hörmətsiz yanaşır, qonşu Gürcüstana da ərazi iddiası irəli sürür və bu məqsədlə açıq şəkildə separatizmi alovlandırır.

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasından dərhal sonra oktyabrın 11-də gecə radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin vandallığının, barbarlığının növbəti bariz göstəricisi oldu.

Ermənistan tərəfindən Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı Ermənistan hakimiyyətinin təxribatçı əməllərinin şahidi olan dünya, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı yönələn işğalçılıq siyasətini kəskin şəkildə qınamalı, "gözünü qan tutan” Ermənistanı beynəlxalq hüquqa, humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir.

O diqqətə çatdırıb ki, bütün dünya bir daha işğalçı Ermənistanın dövlət səviyyəsində terror siyasəti yürütməsinin şahidi oldu. Bu cür cinayət əməlləri ilə xalqımızın sarsılmaz iradəsini qırmağa çalışan düşmən məqsədinə çatmadı. Çünki hər bir vətəndaşımız Ali Baş Komandana, Ordumuza güvənir və əmindir ki, düşmən törətdiyi bütün cinayətlərə görə cavab verəcək!

Qeyd edək ki, icma rəhbərinin bəyanatının tam mətni Gürcüstanın "Sakartvelos Respublika” qəzetində dərc olunub.


1117 oxunub

InvestAZ