XƏBƏR LENTİ
01 Dekabr 2020
30 Noyabr 2020



Zəka Vilayətoğlu: Qarabağı Şuşasından tanıram!
Ədəbiyyat 15:15 / 19.10.2020

Şuşam, səni, üzünü görməsəm də,

Xan əminin gur səsindən tanıram!

Üzeyirin, ürək kimi döyünən,

bəstəsindən, nəğməsindən tanıram!


Yad deyiləm, mən də sənin balanam,

hər ağrını, hər dərdini alanam!

Zaman-zaman atəşinə qalanan,

oğulları nəfəsindən tanıram!


İllərdir, sərvətin yağma-yağmadı,

Ömrümüzə sənsiz Günəş doğmadı!

Yurdumuzun hər qarışı doğmadı,

Qarabağı Şuşasından tanıram!

19.10.2020


1039 oxunub

InvestAZ