XƏBƏR LENTİ
25 Oktyabr 2020
24 Oktyabr 2020



Ombudsman ermənilərin Gəncə vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi - VİDEO
HÜQUQ 13:14 / 17.10.2020

"Ermənistanın Gəncəni atəşə tutması bütün beynəlxalq hüquq normalarına ziddir”.

Report xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, münaqişələr zamanı mülki əhalinin qorunması ilə bağlı Cenevrə Konvensiyası qəbul edilib:

"Təəssüf ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti hər zaman olduğu kimi, tərəfdar çıxdığı bütün beynəlxalq hüquq normalarına zidd addımlar atır. Bu vəziyyətə söz tapmaq mümkün deyil.

Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansına, onların Avropada yerləşən şəbəkəsinə, Asiya, Avropa Ombudsmanlar İnstitutlarına ermənilərin vəhşilikləri ilə bağlı mütəmadi məlumatlar veririk. Amma, təəssuf ki, dünyada bu terrora münasibətdə ikili standartlar mövcuddur”.


829 oxunub

InvestAZ