XƏBƏR LENTİ
25 Oktyabr 2020
24 Oktyabr 2020



Gəncəyə dəhşətli düşmən hücumu nəticəsində ölən və yaralananların sayı artıb - VİDEO
MƏMLƏKƏT 09:35 / 17.10.2020

Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raketşəhərin digər yaşayış massivi olan Cavad Xan qəsəbəsinə düşüb.

Baku TV-nin hadisə yerinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, nəticədə, beşə yaxın ev dağıdılıb.

Cavad Xan qəsəbəsindəki hadisə zamanı Maral adlı yaşlı qadının həlak olduğubildirilir.

İlkin məlumata görə, ikinci raketin atıldığı ərazidə altınəfər yaralanıb. Evlər tamamilə dağılıb. Avtomobillər dağıntıların altında qalaraq, yararsız hala düşüb. Raketin düşdüyü binaların yaxınlığındakı tikililər də ciddi ziyan görüb.

Hazırda axtarış-xilasetmə və dəyən ziyanın dəqiqləşdirilməsi istiqamətində iş aparılır.


970 oxunub

InvestAZ