XƏBƏR LENTİ
29 Noyabr 2020
28 Noyabr 2020
27 Noyabr 2020



Xalq yazıçısı Qarabağ çağırışı etdi: Hardasınız siz?
MƏMLƏKƏT 10:59 / 16.10.2020

Yenə də başa düşə bilmirəm! Rusiyada yaşayan iki milyona yaxın azərbaycanlı haradadır?

Bu sözləri xalq yazıçsı Çingiz Abdullayev qeyd edib.

"Onların arasında hörmətli insanlar çoxdur - akademiklər, professorlar, mədəniyyət və elm işçiləri, iş adamları. Hamısı Rusiya vətəndaşıdır və heç biri danışmır. Diasporumuz hardadır? Şərəfimizi qoruyan gənclərə təşəkkür edirəm. Bəs qalanları?

Heç nə bitmiş deyil. Rusiyada, digər ölkələrdə vətənpərvər, hər şeydən imtina edib evə gəlməyə, doğulduqları yeri – vətəni qorumağa hazır olan azərbaycanlılar da gördüm.

Solovyovun verilişini izlədim. Yenə də Kurginyan və Şahnazarov, eləcə də bizi anlamaq istəməyən digərləri... Həqiqəti söyləmək üçün edilən cəhdlər isə satın alınmış yalançılar tərəfindən susdurulur.

"60 dəqiqə” proqramında Tretyakovun bizim Fərhadın sözlərinə cavab olaraq "Azərbaycan təbliğatını niyə dinləməliyik?” deyə qışqırmağı biabırçılıqdır!” - yazıçı bildirib.


1330 oxunub

InvestAZ