XƏBƏR LENTİ
22 Oktyabr 2020
21 Oktyabr 2020



AÇIQ PƏNCƏRƏ, Tahir TAİSOĞLU yazır
YAZARLAR 14:43 / 15.10.2020


Görünənlər və görünməyənlər...

Bu yaxınlarda 70 yaşını qeyd etdiyimiz tanınmış şair Fəxrəddin Teyyubun " Ədəbiyyat qəzeti”ində ( 19 sentiyabr, 2020) bir səhifə dolusu şeirləri c ap olunmuşdu. Ali zövqlü oxucuların favoriti olan həmin qəzeti, hər həftə intizarla gözləyən bir oxucu kimi, mən də,- o şeirləriləri oxumaya bilməzdim. Ümumiyyətlə Fəxrəddin Teyyubun yazıları son vaxtlar tez-tez qarşıma çıxır,( nə yaxşı ki!) bəzən gecələr təklikdə qalanda yaxın həmdəmimə,- qulaq həyanıma çevrilir. O ki, qaldı həmin şeirlərdə bu günün qələbələri, qayğıları əks- səda versin, həm də yeni söz, təzə duyğular, düşüncələr topaları gözə dəysin,- ona mən reaksiya verməyim. Belə yazılar əlbəttə ki, bütün ədəbi içtimayyətimiz kimi mənim də qəlbimi sevinc hissləri ilə doldurmalı , fikrimi bir qədər uzaqlara səsləməli idi.

Şairin " Pəncərəmdən baxıram” şeiri diqqətimi çəkdi, ilk dəfə o qədər şeirlərin içindən nədənsə onu oxumağa başladım. Gördüm ki, şair doğurdan da öz pəncərəsindən baxır,- həm də etiraf edir ki,” pəncərəmdən baxıram”,- hansısa yad, başqa bir pəncərədən yox! Həm də hiss olunur ki, onun pəncəpəsi həmişə açıqdır, hətta qışın oğlan çağında da. Pəncərəsinin nəfəsliyi bəs eləmir ona. Bütöv bir tayını açıb baxır...dünyaya ! İndi mən həmin pəncərədən bəzi görünməyən yerlərin (görünənləri göstərməyə ehtiyac varmı?) böyür- başı, yan-yörəsi haqqında danışmaq istəyirəm. Dünyanın, onun bir ölkəsinin, bir şəhərinin kücələri onun ğözlərinin içindən, qəlbinin rəngbərəg duyğy və düşüncələrinin isti və soyuqluğundan , işıqlı və qaranlıq guşələrindən kecib gedir: " Sükut icindədir qəmli küçələr”-deyir, - qəm və sükutun ,- bir xurcunun iki tayının-yəni,- birində sükut, birində qəm... elementlərini qoyur ortalığa. Baxıb görürürük ki, qarşıdan sonu görünməyən bir yolun yolcusu,- yol adamının , yol övladının, yol oğlunun- şairin addım səsələri... eşidilir! Bilir ki. ilahi sirrlərə çatmaq, ona sahib olmaq üçün, həqiqət çırağı həmişə yanmalı , işıq saçmaldır. Çiyinlərində poetik məna və düşüncə qutmanları,- poeziyanın fəlsəfəsi, fəlsəfənin poeziya calarları, dibi- dibəyi görünməyən uzaqlıq, nəhayətsizlik... "Nə olsun işıqdan hər tərəf ağdı”,- deyir,-amma görür ki, bu ağlığın içində insan addımlarına həsrət, insan nəfəsinə, səsinə həmişə təşnə qalan kücələr yetim- yetim, qarala- qarala uzanır, susur. Şairin poeziyasında İNSAN,-onun arzuları, əməlləri əsas götürülür. Bu mənzərəyə göz qoyan oxucu öz təxəllüyündə,- sufiliyində bütün bunları,- antiteza eləmək, bir növ yola vermək həvəsində bulunur. Yəni baxıb görür ki, nədənsə bağlar, bağçalar solğun görünür...aradakı hətta sevgi bağlantıları da pozulub, bunlar şairə çöçün gəlir,- hiss edir ki, qabaq-qənşər olduğu oturacaqlar da üşüyür...tənhalıqdan: -"Elə bil anası ölmüş uşaqdı”- ona görə! Şairin lirik " mən”inin qəddini əyən, əslində əymək istəyən,- bu müvəqqəti ayrılığın modernik qatlarında oxuçu, müəllifə və onun obrazlarına qoşulur , içtimai və bədii faktologiyadan bəhrələnərək təsvirlərin, olayların bazasının içində elə bil bir az fikrə dalmaq istəyir, çünki baxıb görür ki,

-Gözləyir yolunu hər sevən kəsin,

Məhəbbət qoxulu oturacaqlar !..

Hər tərəfin, hətta hər künçün, bucağın ana aquşu kimi istisi, hərarəti hər addımbaşı,- yəni,- hər misrabaşı hiss olunur. Açıq- aydın görünür ki, səadətin içində olanda, xöşbəxtlik yelləri ilə qol-boyun, əl- ələ gəzəndə, dolananda, onun semantik- semiotik hüdudları boyunca yollar keçəndə , dağlar aşanda , qədrini, qiymətini o qədər də, bilmədiyin həmin zamanların xiffəti "bal dadan ana yuxusu kimi "- poetik, bəzən də simvolik assosiasiyalarda boy göstərir: - "Ürəyim süfrədir, çöləm, bayıram”.-deyir, şair.

Zövqlü oxucu " Çöləm!”- deyən şairin hansı uzaq, həssas məqamlara , nəyə görə məhz indi işarə vurduğunu da anlayır!

Fəxrəddin Teyyubun həmin şeirlərinin ümumi rühundan, deyilən o alqoritmdən, doğma Yurd, isti Vətən qoxusu gəlir. Çünki şairin "mən”i həmişə şeir yazmır, söz söyləmir,- " Torpaq belləyirəm, yer şumlayıram”.- deyir. Şumlanmış torpağı, bellənmiş yeri...boş qoymaq olarmı?- əlbəttə yox,- şair sözləri, kəlmələri bərəkətli toxumlar kimi... səpir həmin yerlərə, özü də tək yox, əkinçi, zəhmətkeş küləklərin şərikli əlləri ilə. Çünki bilir ki...göylər...səma...buludlar o sözləri , toxumları suvaraçaq, yaşadacaq. Ona görə deyir ki...” Mən göyün üzündə olaydım gərək”- ona görə ki, onun perfonmasında " şair ürəyi təyyarədir "- gecələr göylərdə Tanrının dərgahında,- uçuşlarda, səhərlər isə doğma torpaqda, Ana Vətənin hüzurundadır! Həmin o " təyyarə ürəyin” stürdesası - Təmizlik, Halallıq simvollarıdır,- özü də Vətənə, Yurda bağlı simvolik bir obrazlar timsalında... Görünür şairin Sükutunun improvizasiyaları çoxqaqtlı rənglərlə cilalanmışdır, çünki:

- Ömrün- günün hesabı var sükutda,

Hər sualın cavabı var sükutda!

- deyir şair. Ona görə də Fəxrəddin Teyyubun " məni” bəzən ağır düşüncələrin sublimasiyasından, xilasından tezcənə qacmaq fikrində bulunmur,- işini vamla, asta-asta görür , yaxşı bilir ki, bu dünyanın ilk sakinləri olan zəhmətkeş " qarışqalar vaxt tapmır nəfəs almağa, şeirdi böcəyin asta yerişi...” Şair təbiətin dolu sükutunun analogiyasını axtarıb aramağa can atır, onun yeni səsli, təzə nəfəsli paradikmalarını elə anlamda təsvir edir ki, bəzən oxucu uzun bir sürə onun arentasiyasının axtarışında qalır: " Yapış yaxasından göydə buludun !”- deyir və soru edir: " Hardadır ünvanı görən sükutun ?”, ərz edir ki, şeir yazılmır şeir doğulur,- özü də sükutdan!

Alliterisiya,- məna, söz sıxlığı, həm də şüur axını cəmisi üccə bəndlik " Ünvanlı şeir " adlı poetik nümunədə özünü daha qabarıq göstərir, acıq- aydın deyir ki, : " Axı, saf qəbimi niyə görmədin”. Sonra da etiraf edir ki, bir bu məsələdə deyil, onun bütün işlərində həmişə bir lənglik, bəxti gərirməzlik olub,: " İşim əzəl gündən çıxıbdır daşdan...” deyir. Düşüncə və duyğular stenoqraması kimi bir-bir yaddaşından gəlib keçən ağrı- acılar üzə çıxır: Bir daha məlum olur ki, onun zənginə , məsum, təmiz saf cağrışına, həm də bir qardaş harayına bir xanım- şairə cavab verməyib, müəllifin şeirsal fikirləri dilinin ucunda qalıb,- tumurcuq damcıları kimi... sonra da ünvanı bəlli bir xanım - şairəyə həmin bu ekzistensiyanı önə çəkərək, yaxşı bir tənə tutuzdurur; Yəni sən məni itirdin, mən heç nəysiz qalmamışam, əksinə mən qazandım ki...- səni tanıya bildim:

Könlümə yatanı gözüm bilirəm,

Duyğusuz, qəlbimə yaman deyəcək.

Mən nəyi qazandım, özüm bilirəm,

Sən nəyi itirdin, zaman deyəcək !

Zaman da söz deyəndə elə- belə söz demir axı. Hiss olunur ki, Fəxrəddin Teyyub şeirlərinə illüstrasiya çəkmir. Görünüş, mənzərə yaradıb rəng fırçalarını bir- bir dəyişmir ...həm də, aqressiv də deyil. Qələm yoldaşına hüsni- təvəzzöh göstərdiyinin cavabını ala bilmədiyi üçün, öz kövrək şair qəlbi ilə simpatiyasının havada qalıb oxunmamış, açılmamış dolu zərf kimi, rüzgarların üstü ilə sürüşə-sürüşə metaforiya yaratmasının nisgilini çəkir:

Hahaq çıxdım bacı axtarışına,

Çətin Fərqanənin əvəzi olsun,

- deyə pıçıldayır özü-özünə. ( Fərqanə Mehdiyeva bu yaxınlarda sıralarımızı vaxtsız tərk etmiş istedadli bir şairə idi.) Fəxrəddinin cəmisi bir- iki şerindən söz açdım, amma onun yaradəcılığında hələ qatı açilmamış o qədər dolğun şeirlər var ki ... Kim oxusa görər, hiss edər, - o şeirlərin uçsuz-bucaqsız ərazilərində torağaylar civildəşə-civildəşə oxuyur, qışda budaqların üşüyünü ala qarğalar dimdiklərində alıb aparır, halallıq zəhmət atadan- anadan artıq adamı urvatlı böyüdür, yaşadır...Közərən kösövlər yollarda tüstülənir, övliyaların məzarları ustündə qurbanlıq cöngələr, qoçlar kəsilir, dəyirmandan- halallıq bərəkət yuvalarından evlərə , dirriklərə urvalıq un daşınır. Bu xöş güzaran, sülh məqamlarında sakit yaşamaq istəməyən Fəxrəddin və onun kimi minlərlə vətənsevərlər doğma Azərbaycanimizin torpaq ərazi bütövlüyü uğrunda döyüşmək arzusundadır:

-Yenə ön sırada, yenə başdayam,

Oğul istəyirəm, bir ” əyə "məni,

Nə olsun yaşlıyam, ahıl yaşdayam,

Çağırıb aparın cəbhəyə məni!,-deyir!

Bəli, bu günün qayğıları ilə yaşayan şair yəqin yaxşı bilir ki, o, həmişə Vətən uğrunda gedən döyüşlərdə , daim cəbhənin ön sıralarındadır, bütün qələm yoladaşları ilə birgə. O, Vətəni qorumaq, onun bütövlüyü uğrunda döyüşmək, qəhrəmanlar haqqında yazmaq , yaratmaq eşqı ilə, şair kimi refren boyunca gedərək - şeirdən-şeirə, misradan- misraya, mənadan-mənaya dilini , poeziyasını təzələyərək, intuitiv tapıntıların sezgisi ilə seirli yolları keçərək öz ədəbi, şair bəxtinin arxasıyca gedir! Bilir ki... yaxında qələbələr var, zirvədə yeni, bütöv Azərbaycan görünür!!

Tahir TAİSOĞLU,

siyasi elmlər üzrə fəlsəfə doktoru.


813 oxunub

InvestAZ