27 il sonra işğaldan azad olunmuş torpaqlarımızda azan səsi eşidilib.
"Yenises az Kult.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Ehtimal olunur ki, Azərbaycanda məşhur olan bu azan səsi Cəbrayılda səsgücləndiricilərlə səsləndirilib.
Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, ötən gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun daha 9 kəndini işğaldan azad edib.