XƏBƏR LENTİ
29 Oktyabr 2020



FİFA Azərbaycana başsağlığı verdi
İDMAN 15:16 / 30.09.2020

FİFA azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olmasına görə AFFA-ya başsağlığı məktubu göndərib.

Bu barədə AFFA-nın saytı məlumat yayıb. Məktubda bunların yazıldığı bildirilib:

"Şəhriyar Qurbanov xatirəsinə,

Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.

Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.


1060 oxunub

InvestAZ