XƏBƏR LENTİ
20 Oktyabr 2020



Ermənilərin 2 döyüş təyyarəsi belə məhv edildi
Gündəm 15:09 / 30.09.2020

Ermənistanın Dağlıq Qarabağ bölgəsinə göndərdiyi S-300 hava hücumundan müdafiə sistemlərindən birinin, həmçinin 2 ədəd Su-25 döyüş təyyarəsinin Azərbaycan Ordusu tərəfindən məhv edilməsi kameraların yaddaşına köçürülüb.


Görüntülərdətəyyarələrin dağa çırpılaraq parçalandığı əks olunub.


Ermənistan hərbi dairələri bu böyükmiqyaslı itkilərini ictimaiyyətindən gizlədib. Qondarma Dağlıq Qarabağın paytaxtı elan olunan Xankəndidə işə düşən xəbərdarlıq siqnallarının səsi telekanalların yayımında əks olunub.


"Röyters”ə açıqlama verən erməni Albert Voskanyan gün ərzində dəfələrlə xəbərdarlıq siqnalları çalındığını, bu zaman sığınacaqlara qaçdıqlarını bildirib.


Bundan başqa, PKK/YPG terror təşkilatının Dağlıq Qarabağda döyüşmək üçün Ermənistana göndərildiyinin daha bir sübutu Fransanın paytaxtı Parisdə ortaya çıxıb. Şəhərdə yaşayan ermənilərlə PKK tərəfdaşları Azərbaycan səfirliyinin binasını önünə toplaşaraq Azərbaycan və Türkiyəyə qarşı şüarlar səsləndirib.


859 oxunub

InvestAZ