XƏBƏR LENTİ
21 Oktyabr 2020



Hərbi vəziyyət Azərbaycanın oyununa təsir edəcəkmi? - UEFA açıqladı
İDMAN 13:36 / 29.09.2020

Dağlıq Qarabağda baş verən hadisələr UEFA Millətlər Liqasının təqviminə təsir etməyəcək.

Bunu qitə futbol qurumu Rusiyanın news.ru saytının sorğusuna əsasən açıqlayıb.

Qitənin ali futbol qurumu bildirib ki, hərbi vəziyyətə baxmayaraq, Azərbaycan və Ermənistan yığmalarının oktyabr ayında keçiriləcək Millətlər Liqası görüşləri öncədən planlaşdırıldığı şəkildə oynanılacaq: "UEFA vəziyyəti diqqətlə izləyir və qarşıdakı bütün oyunların qrafika uyğun keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Ermənistan oktyabrın 11-i evdə Gürcüstanla, Azərbaycan isə oktyabrın 13-u Bakıda Kiprlə qarşılaşacaq.


925 oxunub

InvestAZ