XƏBƏR LENTİ
21 Oktyabr 2020



AFFA "Qarabağ"la bağlı UEFA-ya müraciət etdi
İDMAN 18:54 / 28.09.2020

Son günlər Ermənistan–Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin genişmiqyaslı təxribatları nəzərə alınaraq, UEFA Avropa Liqası turnirinin play-off mərhələsi çərçivəsində oktyabrın 1-də Varşavadakı "Wojska Polskiego” stadionunda keçiriləcək "Legiya” – "Qarabağ” oyunu ilə əlaqədar AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

Müraciətdə UEFA Avropa Liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki "Josy Barthel” stadionunda keçirilmiş "Düdelanj” – "Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarəolunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılaraq bildirilib ki, "Legiya” – "Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.



815 oxunub

InvestAZ