XƏBƏR LENTİ
25 Oktyabr 2020
24 Oktyabr 2020



Diplomatlarımız gürcü mediasını məlumatlandırdı
SİYASƏT 17:42 / 28.09.2020

Azərbaycanlı diplomatlar Gürcüstan ictimaiyyətini erməni təxribatı barədə məlumatlandırıb.

Yenises.az "24News.ge”yə istinadla xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində cəbhə xəttindəki vəziyyətə həsr olunan xüsusi brifinq keçirilib.

Səfirliyin məsul əməkdaşları Gürcüstanın mətbuat nümayəndələrinə Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları barədə ətraflı məlumat təqdim ediblər.

Səfirliyin müşaviri Eldar Bayramov bildirib ki, ötən gün Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçiblər. O vurğulayıb ki, ermənilərin yaşayış məntəqələrini və mülki obyektləri atəşə tutması nəticəsində Azərbaycanın mülki vətəndaşları arasında ölən və yaralananlar var, yaşayış evləri atəşə məruz qalıb:

"Ermənistan dinc sakinləri hədəfə almaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Ermənistanın siyasi-hərbi rəhbərliyi yeni hərbi təxribata əl atıb. Hazırkı vəziyyət və nəticələrlə bağlı məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.


909 oxunub

InvestAZ