XƏBƏR LENTİ
22 Oktyabr 2020
21 Oktyabr 2020



YOLLAR KEÇƏR QARABAĞDAN - Şahnaz Şahin yazır
Ədəbiyyat 15:37 / 28.09.2020

Şeir

(Ədalət üçün)

YOLLAR KEÇƏR QARABAĞDAN

Qar yağıbdı, çıxaq bir az üşüyək,

Qanad versin quşlar bizə, uçuşaq...

Belimizi Göy üzüylə qurşayaq,

Çalma çəkək alnımıza dumandan.

Səngər-səngər, lağım-lağım dolanaq,

Igidlərdi sağım-solum.., dolanaq.

Burda hələ çaylar, sular bulanıq,

Burda hələ bir vətən var.., nigaran!

Yollarını bəndə vurub bəd əllər,

Yuxusunu qarışdırır yad əllər.

Nər oğullar silahlanıb gələrlər,

Əmr versə bir gün Ali Baş Komandan!

Şuşanın dağları olar tamaşa,

Gözəllər bürünər tülə, qumaşa.

Doğma eli qarış-qarış dolaşıb,

Yollar keçər yenə düz Qarabağdan!


747 oxunub

InvestAZ