XƏBƏR LENTİ
22 Oktyabr 2020
21 Oktyabr 2020



Koronavirus hüceyrələrini bu üsulla məhv etmək mümkündür
Sağlamlıq 12:07 / 28.09.2020

Yaponiya alimləri yoluxmuş bir səthdə ultrabənövşəyi radiasiyaya (dalğasının uzunluğu 10-400 Hm diapazon olan elektromaqnit şüaları-red) məruz qalmanın koronavirus hüceyrələrini öldürdüyünü sübut ediblər.

Xirosima Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma "American Journal of Infection Control" jurnalında dərc edilib.

Alimlərin araşdırması zamanı məlum olub ki, koronavirus hüceyrələrinin 99,7 faizi ultrabənövşəyi radiasiyaya məruz qalma nəticəsində ölür. Bu vəziyyətdə dalğanın uzunluğu 222 Hm olmalıdır, əks təqdirdə radiasiya dəriyə nüfuz etməyəcək və canlı hüceyrələri məhv etməyəcək.

Alimlərin fikrincə, bu kəşf xəstəxana binalarının dezinfeksiya edilməsini yaxşılaşdıra bilər.


717 oxunub

InvestAZ